Satış lövhəsi, kalkulyator və müqavilələr

Müştəri: LUX Residence (Pilot Həyat)İl: 2026İT həllərAnalitika
lux-satis.demoSatış lövhəsi, kalkulyator və müqavilələrSatış lövhəsi, kalkulyator və müqavilələr — mobil

Satış şöbəsi üçün canlı mənzil lövhəsi, ödəniş qrafiki kalkulyatoru və müqavilə hazırlama/arxiv sistemi.

Tapşırıq

Satış menecerləri mənzil statuslarını, qiymət hesablamalarını və müqavilələri ayrı-ayrı fayllarda aparırdı. Eyni mənzilin iki alıcıya təklif olunması və köhnə qiymətlə hesablanması riski var idi.

Həll

Üç bir-birinə bağlı alət quruldu: hər mənzilin statusunu (boş, rezerv, satılıb) canlı göstərən satış lövhəsi; ilkin ödəniş və müddətə görə ödəniş qrafiki çıxaran kalkulyator; və seçilmiş mənzil üçün müqaviləni şablondan hazırlayıb arxivdə saxlayan müqavilə bölməsi. Mənzil sahələri müqavilələrdə istifadə olunduğu üçün sistemdə dəyişdirilmir.

Ekranlar

Necə görünür

Satış lövhəsi: bina üzrə mərtəbə-mənzil şəbəkəsi, statuslar və icmal
Bütün binalar üzrə status diaqramı
Ödəniş kalkulyatoru: daxili kredit müddəti, ilkin ödəniş, aylıq məbləğ
Yeni müqavilə forması — mənzil lövhədən seçilir, nömrə avtomatik verilir
Müqavilə arxivi: axtarış, status (aktiv/ləğv)
Alqı-satqı müqaviləsinin çap/PDF önizləməsi
Satış lövhəsi telefonda
Kalkulyator telefonda

Canlı demo

Özünüz sınayın.

Bu, real sistemin özüdür — amma bütün məlumatlar uydurmadır və heç nə serverə göndərilmir. Formaları doldurun, düymələri basın, istədiyiniz kimi sınayın.

lux-satis.demo DEMO Tam ekran ↗