02 · Google və Meta reklamları

Reklam büdcəsi xərc deyil — ölçülən investisiyadır.

Reklamı “boost” düyməsi ilə yox, hesabla qururuq: əvvəl izləmə (Pixel, Conversions API, GA4, UTM), sonra auditoriya və təklif, ən sonda kreativ testləri. Hər həftə nəyin işlədiyini, nəyin pul yandırdığını rəqəmlə göstəririk.

Nə daxildir

Konkret işlər, konkret nəticələr.

Google AdsMeta AdsTikTokROAS
  1. Google Ads: axtarış, Performance Max, YouTube
  2. Meta: Instagram və Facebook kampaniyaları
  3. TikTok və LinkedIn reklamları
  4. Pixel, Conversions API, GA4 izləmə
  5. Kreativ və mətn A/B testləri
  6. Landing page tövsiyələri
  7. Həftəlik optimizasiya, aylıq hesabat

Proses

Necə başlayırıq

SizSalam! Saytımız var, amma müraciət azdır. Reklamı da sınamışıq, nəticə aydın deyil.
OdeoAydındır. Əvvəlcə 30 dəqiqəlik pulsuz görüş: hədəf, büdcə, mövcud vəziyyət. Sonra audit edirik — sayt, reklam hesabları, izləmə.
OdeoAudit nəticəsində sizə yazılı plan gəlir: nə edirik, nə qədər vaxt, hansı göstərici ilə ölçürük.

Bələdçilər

Bu mövzuda oxuyun

Bloq
Böyüyən sıra ilə düzülmüş sikkə yığınları

ROAS, CAC və LTV: reklamın real gəlirliliyi

ROAS, CAC və LTV nədir, necə hesablanır və birlikdə necə oxunur? Zərərsizlik ROAS-ı, LTV/CAC nisbəti və AZN ilə addım-addım nümunə hesablama.

Suallar

Google və Meta reklamları: tez-tez soruşulanlar

Minimum reklam büdcəsi nə qədərdir?
Sabit minimum yoxdur, amma büdcə test üçün kifayət qədər məlumat toplamalıdır. Hədəfinizə görə lazımi büdcəni reklam büdcəsi kalkulyatorumuzla təxmini hesablaya bilərsiniz.
Reklam hesabı kimin adına olur?
Sizin. Hesablar, Pixel və məlumatlar biznesinizə məxsusdur; biz yalnız idarəçi icazəsi ilə işləyirik.
Nəticəni necə ölçürsünüz?
Müraciət, satış, müraciət başına xərc və ROAS kimi biznes göstəriciləri ilə. Bəyənmə və baxış sayını əsas hədəf kimi götürmürük.

Digər xidmətlər