LUX Residence — 3D bina və mənzil turu

Müştəri: LUX Residence (Pilot Həyat)İl: 2026Veb saytİT həllər
luxresidence.az/3dLUX Residence — 3D bina və mənzil turuLUX Residence — 3D bina və mənzil turu — mobil

Brauzerdə işləyən 3D bina: blok və mərtəbə seçimi, günəş və kölgə simulyasiyası, hər mənzilin içində gəzinti və mebeli yerdəyişmə.

Tapşırıq

Alıcılar mənzili tikinti bitmədən görmək istəyir: hansı tərəfə baxır, günəş nə vaxt düşür, içəridə necə görünür. Bunu ayrıca proqram yükləmədən, telefonda da işləyən formada vermək lazım idi.

Həll

Three.js ilə binanın 3D modeli quruldu: ziyarətçi blok və mərtəbəni seçir, mənzilin statusunu görür və planına keçir. Pullu xidmət əvəzinə öz günəş/kölgə simulyasiyamız yazıldı — günün saatını və fəsli dəyişərək mənzilə işığın necə düşdüyü yoxlanılır. Mənzil turunda alıcı otaqlarda gəzir və mebeli yerini dəyişərək məkanı özü üçün sınayır.

Niyə vacibdir

3D seçim satış menecerinin izahını əvəz etmir, amma alıcı ofisə artıq qərara yaxın gəlir: hansı mərtəbə, hansı tərəf, hansı plan istədiyini bilir.

Ekranlar

Necə görünür

3D bina seçimi: Bakı fonu, Alov qüllələri modeli, mərtəbə siyahısı
Mərtəbə planı və mənzil paneli: sahə, otaq, günəş işığı saatları
Günəş və kölgə: fəsil və saat seçimi ilə real vaxtda kölgələr
Mənzil içində 3D tur — qonaq otağı
3D tur: otaqlar arası keçid (yemək zonası)
3D bina telefonda
3D tur telefonda: joystik və otaq keçidləri

Canlı demo

Özünüz sınayın.

Bu, real sistemin özüdür — amma bütün məlumatlar uydurmadır və heç nə serverə göndərilmir. Formaları doldurun, düymələri basın, istədiyiniz kimi sınayın.

luxresidence.az/3d DEMO Tam ekran ↗