Tanışlıq görüşü
30 dəqiqə, pulsuzBiznesinizi, hədəfinizi və büdcə çərçivəsini dinləyirik. Nəyin artıq edildiyini və nəyin işləmədiyini soruşuruq. Görüş onlayn və ya ofisdə olur.
Biz nə edirik
- Hədəfi rəqəmlə ifadə etməyə kömək edirik: neçə müraciət, hansı satış
- İlk baxışdan görünən problemləri qeyd edirik
- Uyğun deyiliksə, bunu elə ilk görüşdə deyirik
Sizdən lazım olan
- Biznes, məhsul və müştəri haqqında qısa məlumat
- Mövcud sayt, sosial hesablar, əvvəlki reklam təcrübəsi
Nəticə
- Görüşün qısa yazılı xülasəsi
- Növbəti addım: audit və ya birbaşa təklif