Saytınıza ilk baxış.
Linki göndərin, hədəfi qeyd edin. Saytın açıq hissəsinə baxıb ən vacib problemləri yazılı göndərəcəyik. Parol, giriş və öhdəlik tələb olunmur.
Audit nəyi əhatə edir
- Sürət və mobil görünüş
Saytın telefonda necə açıldığı, ən çox gecikdirən elementlər. - Texniki SEO əsasları
İndeksləmə, title və description, başlıqlar, sitemap, robots.txt. - Müraciət yolu
Ziyarətçinin zəng, WhatsApp və ya forma ilə müraciət etməsi nə qədər asandır. - İzləmə
GA4, Meta Pixel və ya digər izləmə kodlarının saytda olub-olmadığı. - Prioritetlər
Tapılan problemlərin hansından başlamaq lazım olduğu.
Nəyi əhatə etmir
- Reklam kabinetinə və ya analitika hesabına giriş tələb edən dərin audit
- Rəqiblərin geniş araşdırması
- Düzəlişlərin özü (onları ayrıca təklif edə bilərik)
Özünüz yoxlamaq istəsəniz: sayt sürəti yoxlayıcı, SEO yoxlama siyahısı, SEO başlanğıc siyahısı.
Audit haqqında
Sonrakı addımlar iş prosesimizdə təsvir olunub.
Audit həqiqətən pulsuzdur?
Bəli. Bu, saytın açıq hissəsinə ilk baxışdır və heç bir öhdəlik yaratmır. Dərin audit lazım olsa, onu ayrıca təklif edirik.
Nəticəni nə vaxt alacağam?
Müraciətə 1 iş günü ərzində cavab veririk və auditin nə vaxt hazır olacağını həmin cavabda bildiririk. Növbə çox olanda bir az uzana bilər.
Saytıma giriş verməliyəm?
Xeyr. İlk baxış saytın hər kəsə açıq hissəsi üzərindən aparılır. Heç bir parol və ya hesab girişi istəmirik.