Agentliklər üçün white-label
Müştəriniz sayt, izləmə və ya daxili sistem istəyir, amma komandanızda bu bacarıq yoxdur? İşi sizin brendinizlə görürük. Müştəri sizin müştəriniz olaraq qalır.
Nə edə bilərik
- Veb sayt və landing page: dizayn və proqramlaşdırma
- Onlayn mağaza
- GA4, Tag Manager, Pixel və Conversions API qurulması
- Daxili panellər, CRM inteqrasiyası, avtomatlaşdırma
- AI çatbot və avtomatik cavab axınları
Necə işləyirik
- Məxfilik razılaşması (NDA) işdən əvvəl imzalanır
- Müştəri ilə ünsiyyət sizin üzərinizdən gedir, istəsəniz texniki görüşlərə sizin adınızdan qatılırıq
- Portfolioda sizin icazəniz olmadan heç nə göstərmirik
- Təhvil sənədləri və təlimatlar sizin brendinizlə hazırlanır
Suallar
Müştəri bizim iştirakımızı biləcəkmi?
Sizin istəyinizdən asılıdır. Defolt olaraq heç bir sənəddə və ya kodda Odeo adı yazılmır.
Qiymət necə hesablanır?
Hər layihə üçün ayrıca yazılı təklif veririk. Uzunmüddətli əməkdaşlıqda ayrıca razılaşma mümkündür.
Müraciət
Bir neçə cümlə kifayətdir. Uyğun olub-olmadığını açıq deyəcəyik.