JARVIS — AI montaj və şəxsi asistan

Müştəri: Daxili məhsulİl: 2026AI həllərKontentİT həllər

Telefon zəngi və ya Telegram ilə tapşırıq alan, videonu özü montaj edən, Reels hazırlayan və YouTube/Instagram-a yükləyən AI asistan.

Tapşırıq

Video kontent hazırlamaq vaxt aparır: kəsim, səs, altyazı, loqo, şaquli versiya, yükləmə. Bütün bunu bir cümlə ilə tapşırmaq istədik.

Həll

Buludda (Docker) işləyən asistan quruldu. Tapşırıq telefonla (ElevenLabs səs agenti), Telegram-da mətn və ya səsli mesajla, yaxud veb paneldən verilir. Server videonu mətnə çevirir, təkrarları və boşluqları Claude API-nin qərarı ilə kəsir, səsi normallaşdırır, 9:16 Reels versiyasını loqo və altyazı ilə hazırlayır, sonra YouTube və Instagram-a yükləyib linki Telegram-a göndərir. Montaj qaydaları bot üzərindən dəyişdirilir.

İstiqamət

Asistan e-poçt, reklam kabinetləri və gündəlik işləri idarə edən şəxsi JARVIS tipli köməkçiyə genişləndirilir.