
Nizami City — Instagram reels və alıcı reklamı
Kompleksi kamerada təqdim edən reels seriyası və yalnız potensial alıcılara hədəflənmiş Instagram reklamlarının idarəsi.
Tapşırıq
Yaşayış kompleksi üçün reklamın əsas problemi maraqlanan, amma almaq niyyəti olmayan auditoriyadır. Hədəf yalnız real alıcılar idi.
Həll
Kompleksi kamerada təqdim edən reels seriyası çəkildi və rəsmi qızılı Nizami City loqosu ilə montaj olundu (montaj prosesi JARVIS asistanı ilə avtomatlaşdırılıb). Reklamlar Instagram hesabından, alıcı niyyətinə görə hədəflənərək işlədilir və mütəmadi izlənib optimallaşdırılır.



