Biznesin adından Azərbaycanca telefona cavab verən AI köməkçi: müştəri Google hesabı ilə daxil olur, köməkçini paneldə özü qurur və brauzerdə sınaq zəngi edir.
Tapşırıq
Kiçik biznes iş saatından sonra və ya məşğul olanda zəngləri itirir. Operator tutmaq baha, hazır xarici xidmətlər isə Azərbaycanca danışmır.
Həll
ai.odeo.az ünvanında məhsul saytı və müştəri paneli quruldu.
- Köməkçi zəngi götürür, biznesin verdiyi məlumat əsasında cavab verir və söhbətin qısa yazısını saxlayır.
- Müştəri Google hesabı ilə daxil olur, biznesini təsvir edir, səsi, tonu və danışıq sürətini seçir.
- Öz salamlamasını seçdiyi səslə dinləyir və brauzerdə öz köməkçisi ilə sınaq zəngi edir.
- Zənglər və söhbətlər paneldə görünür.
Vəziyyət
Telefon operatoru hissəsi sınaq mərhələsindədir; kartla ödəniş və nömrənin avtomatik qoşulması hələ hazır deyil.








