TIR dayanacağında giriş-çıxış, çek, ödəniş, növbə və boks icarəsini bir sistemdə aparan, mühafizəçi, xidmət rəisi, sahibkar, tərəfdaş və audit üçün ayrı girişli panel.
Tapşırıq
Dayanacaq köhnə proqramla işləyirdi: sahibkar gündəlik vəziyyəti uzaqdan görə bilmirdi, tərəfdaş şirkətlər borclarını soruşmaq üçün zəng edirdi, boks icarəsi isə ayrıca cədvəldə aparılırdı. Meydan gecə-gündüz işlədiyi üçün sistem dayanmamalı idi.
Həll
Brauzerdə və telefonda tətbiq kimi işləyən sistem quruldu, köhnə proqramın məlumatı yeni bazaya köçürüldü. Noyabr 2026-dan dayanacaq yalnız bu sistemlə işləyir, 24 noyabrdan stayline.az ünvanındadır.
- Mühafizəçi maşının girişini və çıxışını PIN ilə qeyd edir, çek printerdən çıxır.
- Hesablama qoşquya görə aparılır; abunə, sahibkar və tərəfdaş şirkətlər üçün ayrı qaydalar var.
- Xidmət rəisi düzəliş sorğularını və təsdiqləri aparır, sahibkar hər əməliyyatı öz panelində görür.
- Tərəfdaş şirkət öz girişi ilə yalnız öz borcunu və hərəkətlərini görür.
- Audit bölməsində boks icarəsi, ödənişlər və xərclər aparılır; əmr yazı və ya səslə verilə bilir.
- Sahibkarın panelində real məlumatı bilən səsli AI köməkçi və qeyri-adi əməliyyatları göstərən AI nəzarət bölməsi var.
Ekran şəkilləri haqqında
Panel real məlumatla işlədiyi üçün daxili ekranlar sistemin ilk versiyasından, uydurma məlumatla çəkilib. Giriş ekranı canlı saytdandır.








