Zəmanət və dəstək
Nəyə cavabdeh olduğumuzu və nəyi vəd etmədiyimizi açıq yazırıq.
Cavabdeh olduğumuz
- Müqavilədə yazılan işin vaxtında və razılaşdırılmış keyfiyyətdə görülməsi
- Bizim kodumuzda və quraşdırmamızda tapılan səhvlərin düzəldilməsi
- Hesabatda rəqəmlərin düzgün və şəffaf göstərilməsi
- Hesabların, faylların və girişlərin sizə tam təhvil verilməsi
Vəd etmədiyimiz
- Google-da konkret mövqe
- Konkret satış və ya müraciət sayı
- Üçüncü tərəf xidmətlərinin (hostinq, ödəniş, platforma) fasiləsiz işləməsi
- Sizin tərəfinizdən edilən dəyişikliklərin nəticəsi
Buraxılışdan sonra
| Pulsuz düzəliş müddəti | dəqiqləşdirilir |
|---|---|
| Kritik problemə reaksiya | dəqiqləşdirilir |
| Adi dəyişiklik istəyi | dəqiqləşdirilir |
| Davamlı dəstək | Aylıq dəstək formatında və ya ayrıca razılaşma ilə |
Suallar
Google-da birinci yerə zəmanət verirsinizmi?
Xeyr. Axtarış nəticələrini heç bir agentlik idarə etmir. Görüləcək işə, şəffaf hesabata və razılaşdırılmış göstəricilərə cavabdehik.
Reklamdan müəyyən satışa zəmanət varmı?
Xeyr. Satış təklifdən, qiymətdən və satış komandasından da asılıdır. Biz xərcin hara getdiyini və nə gətirdiyini aydın göstəririk.
Buraxılışdan sonra səhv tapılsa?
Bizim işimizdəki səhvi düzəldirik. Bunun hansı müddətdə pulsuz olduğu müqavilədə yazılır.