Baş Ofis platformasının Viking, Maro və Marox şirkətləri üçün tamamilə fərqli dizaynlı, tək QR-lı versiyası — vmm.az.
Tapşırıq
Üç şirkətdən ibarət VMM qrupuna eyni funksionallıqda, amma öz brendində və Baş Ofisdən tam ayrı işləyən ofis sistemi lazım idi.
Həll
Baş Ofis kod bazası üzərində qrupun öz vizual sistemi quruldu: Viking qəhvəyi, Maro yaşıl, Marox narıncı. Üç şirkət üçün tək QR ilə davamiyyət, bütün Baş Ofis modulları və sahibkar üçün yalnız HR funksiyaları olan xüsusi rol hazırlandı. Sistem 22 oktyabr 2026-dan vmm.az ünvanında istifadədədir.
Məhsul kimi
Bu layihə platformanın “brendi dəyişən məhsul” olduğunu sübut etdi: hər yeni müştəri öz serveri, öz brendi və öz mobil tətbiqi ilə eyni sistemi ala bilir.
Ekranlar
Necə görünür
Nəzarət: Viking, Maro və Marox komandalarının bu günkü vəziyyəti — «Liman» dizaynıRəhbər paneli: davamiyyət və tapşırıq qrafikləri, şirkətlər üzrə gecikməDavamiyyət: ortaq ofisdə tək QR ilə gəliş-çıxış, selfi və məsafəTapşırıqlar: gəmi təchizatı, gömrük, bağlama məntəqəsi işləri bir lövhədəİş vaxtı çıxışın marşrutu xəritədə
Telefonda «Bu gün» — üç şirkətin rəngləri ilə konteyner zolağıTək QR ilə gəlişin qeydi (demo-da simulyasiya)Komanda çatı
Canlı demo
Özünüz sınayın.
Bu, real sistemin özüdür — amma bütün məlumatlar uydurmadır və heç nə serverə göndərilmir. Formaları doldurun, düymələri basın, istədiyiniz kimi sınayın.